Putin Bişkekə səfər edəcək
28.02.2017 610 0.0 0

Rusiya Federasiyasının prezidenti Vladimir Putin fevralın 28-də Qırğızıstan prezidenti Almazbek Atambayevin dəvəti ilə Bişkekə rəsmi səfər edəcək.
 
Məlumata görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.
 
“Tərəflər siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın mövcud durumunu və perspektivlərini, Avrasiya İqtisadi Birliyi çərçivəsində inteqrasiya proseslərini müzakirə edəcəklər”, məlumatda qeyd olunur.
 
Əvvəl Rusiya və Qırğızıstan prezidentləri arasında  təkbətək görüş baş tutacaq, daha sonra ölkə liderləri bir sıra sənəd imzalayacaq.  Görüşün sonunda tərəflər mətbuata açıqlama ilə çıxış edəcəklər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar