Putin: ABŞ-la münasibətlərin pisləşməsindən narahatıq
12.10.2016 531 0.0 0

“Moskva Rusiya-ABŞ münasibətlərinin pisləşməsindən narahatdır. Rusiya belə nəhəng ölkə ilə dostluq münasibətlərinə malik olmaq istəyərdi”.
 
Məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin “Rusiya çağırır” adlı forumun plenar iclasında çıxışında bildirib. “Biz ABŞ-la münasibətlərimizin korlanmasından narahatıq. Bu, bizim seçimimiz deyil, heç vaxt buna səy göstərməmişik. Əksinə, belə böyük, dünya iqtisadiyyatının aparıcı ölkəsi ilə dostluq münasibətlərinə malik olmaq istəyirik”, - deyə Rusiya prezidenti qeyd edib. 

V. Putin ABŞ-da keçiriləcək prezident seçkilərinə də münasibət bildirib. Rusiya dövlət başçısı seçiləcək ABŞ prezidentli ilə işləyəcəklərini vurğulayıb: “Amerika xalqı lazım bildiyi seçimi edəcək. Bütün hallarda biz hər hansı seçilmiş ABŞ prezidenti ilə işləməyə hazırıq, əgər o, Moskva ilə işləməyi istəsə...” /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar