Putin 2018-ci il prezident seçkilərində iştirak edəcək
06.12.2017 714 0.0 0

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək.

 

TASS-a istinadən verilən xəbərə görə, bu barədə Rusiya prezidenti özü məlumat verib.

 

“Mən seçicilərin etimadını qazanaraq Rusiya Federasiyasının prezidenti vəzifəsinə seçilməyə çalışacağam”, - deyə Putin vurğulayıb.

 

Qeyd edək ki, V. Putinin səlahiyyət müddəti 2018-ci il mayın 7-də başa çatır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar