Professordan İkinci referendum sorğusu və referenduma çağırış...
09.09.2016 904 0.0 0
Müstəqil ekspert qrupumuz 26 sentyabrda keçiriləcək Konstitusiyamıza əlavələr və dəyişikliklər referendumunun dövlətimiz üçün mühüm həyati əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, öz fəaliyyətini gücləndirib. Ekspert qrupumuz və tərəfdarlarımız çoxşaxəli və geniş spektrli fəaliyyət proqramı ilə hərəkət edir. 
 
Fəaliyyətimiz referenduma hazırlıq və referendumun keçirilməsi prosesində aşağıda göstərilən mühüm sahələri əhatə edir: 
 
1.Müxtəlif kateqoriyalı seçici qrupları arasında sorğular keçiririk.
2.Referenduma hazırlıq mərhələsində müşahidələr və monitorinqlər aparırıq.
3.Seçicilərə referendumun mahiyyətini şərh edirik və onlarla müzakirələr aparırıq.
4.Seçiciləri referendumda iştirak etməyə çağırırıq.  
5.26sentyabrında respublikamızın müxtəlif ərazilərində referendumu müşahidə edəcəyik.  
 
 
 
Proqramımızın 1-ci bəndinə uyğun olaraq 41 və 43 saylı seçki dairələrinin ərazilərindəki 10, 11, 12, 13, 17 və 18-ci mikrorayonların məhəllələrində 1760 respondent arasında referendum haqqında sorğu keçirdik. Bu dəfə əksəriyyət referendumun keçiriləcəyi haqda məlumatlı olduğu üçün sorğuda cəmi bircə sual  qoymuşduq. 
 
Sentyabrın 26-da keçiriləcək referendumda iştirak edəcəksinizmi? 
 
Respondentlərin 75 faizi seçkidə iştirak edəcəklərini, 15 faiz seçkiyə gəlməyəcəyini, 10 faiz isə hələ fikirləşdiklərini bildirdilər. 
 
Rəyini öyrəndiyimiz insanlar ekspert qrupumuza referendum haqqında çoxlu suallar verirdilər. Onların sualları ətraflı cavablandırılırdı.  
Seçicilərin dedikləri maraqlı fikirləri oxucuların və hökumətin diqqətinə çatdırırıq. Ümid etmək istərdik ki, bununla da sakinləri narahat edən problemlərin həllinə yardımçı olarıq. 
 
-Mən Sumqayıtı quran-tikən adamlardan biriyəm, əmək veteranıyam. Amma ayda cəmi 200 manat pensiya alıram. Belə yaşamaq çox çətindir. 
-Biz burada kabab iyindən boğuluruq. 
-Biz deputatımızın üzünü də görməmişik. 
-Gənclərimiz arasında çoxlu işsiz var. 
-Niyə vəzifə sahibləri seçkiylə əlaqədar olaraq insanlarla görüşmürlər? 
-Niyə insanlar ancaq seçki vaxtı yada düşürlər?
-Həyətimizdəki bu çala-çuxurlar 10 ildi ki, təmir olunmur. 
-Hökumət bütün mikrorayonlarda asfalt vurur, təmir aparır. 11-ci mikrorayonda heç bir iş görülmür. 
-Bizim 11-ci mikrorayonda elektrik naqilləri çox pis çəkilib. Onlar birbaşa dəmir dirəklərə bağlanıb. Bu çox qorxuludur. 
 
Sorğunun sonunda seçicilərlə xudahafizləşib, onları referendumda aktiv iştirak etməyə çağırırdıq.  
 
 
 
 
Müstəqil ekspert qrupunun rəhbəri 
 
Prof.Dr. Qüdrət İsaqov 
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar