Prezidentliyə namizədliyini açıqladı, atasının qəbri dağıdıldı
15.04.2015 631 0.0 0

ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun atası Hyu Rodhemin qəbri üzərindəki baş daşı dağıdılıb.

Məlumata görə, ABŞ-ın Pensilvaniya ştatında, Skranton şəhərindəki qəbiristanlıqda Rodhemin baş daşı sökülərək bir kənara atılmış şəkildə tapılıb.

Yerli polis rəisi Karl Qrantsianonun sözlərinə görə, baş verən hadisə haqqında məlumat aprelin 14-də səhər verilib. 

Qeyd edək ki, hadisədən cəmi bir gün əvvəl Hillari Klinton 2016-cı il ABŞ prezidenti postuna namizədliyini irəli sürdüyünü bəyan etmişdi.

Polis hazırda hadisə ilə bağlı araşdırma aparır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar