Prezidentlərin qəfil görüşü
01.05.2015 904 0.0 0

İlin sonuna kimi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü baş tuta bilər. 

Məlumata görə, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında bildirilir. Bəyanatda bildirilir ki, artıq bu istiqamətdə müəyyən işlər görülür. 

Həmsədrlər yada salıblar ki, Parisdə Ermənistan və Azərbayjan xarici işlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyrovla görüşüblər. Görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də olub. 

XİN başçıları Fransa prezidenti Ollandın Bakıda və İrəvanda 24-25 apreldə keçirdiyi görüşlər barədə məlumat veriblər.

Görüş zamanı həmsədrlər dialoqun fəallaşmasının vacibliyini qeyd ediblər və vurğulayıblar ki, ilin sonuna kimi prezidentlərin görüşü üçün hazırlığı davam etdirirlər. 

Nazirlər dövlət başçılarının görüşünün gündəliyinin formalaşdırılması üçün görüşləri davam etdirmək barədə razılaşıblar. Onlar vasitəçilərin regiona gözlənilən səfərlərini də alqışlayıblar. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar