Prezidentin oğlu BMT-də
03.10.2015 599 0.0 0

Belarus prezidenti Aleksandr Lukaşenko 11 yaşlı oğlunu BMT-nin Baş Assambleyasına aparmaqla bir çox siyasətçiləri təəccübləndirib.

Məlumata görə, balaca Kolya və atası hətta Barak və Mişel Obamalarla şəkil də çəkdiriblər.

Amma atası Kolyanı Nyu Yorka təkcə dondurma yemək üçün aparmayıb. Lukaşenkonun məktəb yaşlı övladı Baş Assambleyada dünya liderləri ilə bir masa arxasında da oturub. Xarici agentliklər yazırlar ki, BMT səfəri Kolyanın ilk siyasi missiyası olmayıb. Böyüklər kimi rəsmi kostyum və qalstuk geyinən Nikolay Lukaşenko atasını bir çox səfərlərdə müşayiət edir. O, Pekində keçirilən qələbə paradına da hökumət tribunasından atası ilə birlikdə tamaşa edib.

Bəziləri deyirlər ki, Aleksandr Lukaşenko oğlunu öz siyasi varisi kimi görür. Lukaşenkonun özü 2012-ci ildə BBC-yə verdiyi müsahibədə bu söz-söhbətləri əsassız adlandırıb. O izah edib ki, uşaq ona çox bağlıdır və onsuz heç yatmağa da getmir. Bəzi təhlilçilər Kolya Lukaşenkonun, ümumiyyətlə məktəbə getməsinə şübhə edirlər.
Belarus müxalifətinin Belsat telekanalı bildirir ki, uşaq artıq xeyli dərs buraxıb.

 


Kolyanı hərbi paradlarda da atası ilə yanaşı görmək olar.

 

Bütün bunlar hələ 2005-ci ildə Buş tərəfindən “Avropanın sonuncu diktatoru” adlandırılmış Aleksandr Lukaşenko barədə yeni mülahizələrə səbəb olur. Prezidentin sonbeşiyi olan Kolya, deyilənlərə görə, Lukaşenko ilə şəxsi həkimi arasındakı nikahdankənar münasibətlər nəticəsində doğulub.

 


Bəziləri deyirlər ki, atası Kolyanı öz yerinə hazırlayır.

 

Belarusda oktyabrın 11-nə təyin edilən prezident seçkiləri ərəfəsində ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) namizədlərin gəlirləri haqqında məlumat yayıb. Hazırki prezident Aleksandr Lukaşenkonun yalnız maaşı göstərilib. 

 

MSK-nın açıqlamasında prezidentin həyat yoldaşı Qalina Lukaşenkonun aylıq gəliri təxminən 800 dollar çivarında göstərilir".

 


Aleksandr Lukaşenko və kiçik oğlu Kolya.

 

Qalina Lukaşenkonun Şklovun kəndi yaxınlığında evə və yağ zavodu Şklovskoqosunun 56% səhminə sahibdir. Lukaşenkonun böyük oğlu Viktor Lukaşenko prezidentin milli təhlükəsizlik üzrə köməkçisidir və Belorus Təhlükəsizlik şurasının üzvüdür. Ortancıl oğlu Dmitri "Prezident idman klubu"nun rəhbəri və Milli Olimpiya komitəsinin üzvüdür. Lukaşenkonun üçüncü oğlu isə Kolya atasını xarici səfərlərdə müşayət edir. Kolya prezidentin nigahdan kənar oğludur.

 


Lukaşenkonun böyük oğlu Viktor Lukaşenko.

 


Belarus xəritədə.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar