Prezident seçkiləri ilə bağlı çap olunacaq bülletenlərin sayı açıqlanıb
06.03.2018 874 0.0 0

Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə bağlı 5 milyon 347 min 803 seçki bülleteni çap olunacaq.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları haqqında məlumat verilərkən bildirilib.

Qeyd olunub ki, bülletenlər səsvermə gününə 35 gün qalmış çap edilməlidir.

İclasda həmçinin Aydın Mirzəzadə Yeni Azərbaycan Partiyasının seçkilərdə məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar