Prezident sərəncam verdi-«Siyasi partiyalar haqqında» qanun dəyişdi
04.04.2015 838 0.0 0
Azərbaycan prezidenti İlham Əliyev “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2015-ci il 6 mart tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

 

Məlumata görə, Nazirlər Koninetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Koninetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

 

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Koninetinə məlumat verməlidir.

 

Dəyişikliyə əsasən, qanunun 6.3-cü maddəsində “siyasi” sözü “bu qanunun 4-cü maddəsinin dördüncü hissəsi istisna olmaqla, siyasi” sözləri ilə əvəz edilib./apa/
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar