Prezident sərəncam imzalayıb
19.02.2016 918 0.0 0

Qazeta.info bildirir ki, ölkə başçısının sərəncamında deyilir: "Əlli min nəfərə yaxın əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin."


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar