Prezident sərəncam imzaladı
04.11.2016 1292 0.0 0

 

Qazeta.info xəbər verir ki, Prezidentin sərəncamı ilə qırx dörd min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,1 milyon (iki milyon bir yüz min) manat ayrılıb.

 Bildirək ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə isə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb..


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar