Prezident idmançılarımızın mükafat məbləğin müəyyənləşdirdi
23.07.2015 858 0.0 0

Azərbaycan Respublikası Prezidenti Cənubi Koreyanın Kvanju şəhərində keçirilən Tələbələrin XXVIII Ümumdünya Yay Universiadasında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında  Sərəncam imzalayıb.
 

 Ölkə başçısının sərəncamına görə, Cənubi Koreyanın Kvanju şəhərində keçirilən Tələbələrin XXVIII Ümumdünya Yay Universiadasında yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilməsi göstərilib.

birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

 üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

Bildirək ki,  Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edilməsi tapşırılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar