Prezident İlham Əliyev Zaqatala rayonuna səfərə gedib
04.11.2015 519 0.0 0

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayonuna səfərə gəlib.

Məlumata görə, dövlət başçısı Zaqatala şəhərindəki Heydər Əliyev Parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Prezident İlham Əliyevə parkda aparılan abadlıq işləri barədə məlumat verib.

İndi bu park Zaqatala sakinlərinin, rayona gələn qonaqların ən sevimli istirahət mərkəzinə çevrilib./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar