Prezident İlham Əliyev Tovuz rayonuna gedib
16.02.2016 434 0.0 0

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 16-da Tovuz rayonuna səfərə gəlib.

Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov dövlətimizin başçısına məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin sevimli istirahət mərkəzidir. Burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar