Tarix: 05.12.2016,   Saat: 00:19, Bazar ertəsi.          

Prezident İlham Əliyev Sumqayıtda Şahmat Məktəbinin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıtda Şahmat Məktəbinin açılışında iştirak edib.
 
Məlumata görə, dövlət başçısı əvvəlcə Şahmat Məktəbinin binasının rəmzi açılışını bildirən lenti kəsib.
 
Azərbaycan prezidentinə məlumat verilib ki, tikintisinə ötən ilin dekabrında başlanılan ikimərtəbəli binanın sahəsi min kvadratmetrdir. Məktəb yeni və müasir avadanlıqla təmin olunub. Burada 25 qrupda ümumilikdə 550-600 şagird idmanın qədim növü olan şahmatın sirlərini öyrənir. Şagirdlərlə 25 müəllim məşğul olur.
 
Prezident İlham Əliyev Şahmat Məktəbində yaradılan şəraitlə tanış olub./apa/

 

 

 



  Bölmə: Manşet | Baxış sayı: 765 | Tarix: 27.09.2016, 13:25


Xəbərlər