Prezident fitə basıldı, müxalifətçilər parlamentdə döyüldü - VİDEO
10.02.2017 1146 0.0 0

Cənubi Afrika Respublikasının (CAR) prezidenti Ceykob Zuma ölkə parlamentində çıxışı zamanı xoşagəlməz vəziyyətlə qarşılaşıb.

Xarici KİV-ə istinadən xəbər verilir ki, prezident çıxışı zamanı müxalifətçi deputatlar tərəfindən fitə basılıb.

Əyinlərinə qırmızı paltar geyinən İqtisadi Azadlıqlar Uğrunda Mübarizlər Partiyasının 25 təmsilçisinin bu hərəkəti təxminən 1 saat davam edib. Bundan sonra parlamentin mühafizəçiləri deputatları zorla zaldan çıxarıblar.

Polis parlament binası qarşısında mitinq keçirən müxalifətçiləri qovmaq üçün isə işıq və səs qumbaralarından istifadə edib.

Qeyd edək ki, ölkə prezidenti korrupsiyada ittiham olunur. Müxalifət dövlət başçısına qarşı etimadsızlıq votumunu müzakirəyə çıxarmaq istəsə də, parlament səs çoxluğu ilə bunun qarşısını alıb./Publika.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar