Prezident fərman verdi
08.04.2015 795 0.0 0
 

 

Qazeta.info bildirir ki, prezidentin verdiyi fərmanda Azərbaycan Respublikası Konstitusiyasının müvafiq  maddəsinin  rəhbər tutularaq “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası tərkibinin müəyyən edilməsi aşağıdakı kimi qərara alınıb.

Komissiyanın sədri

İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti

Komissiyanın üzvləri

Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri

Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Elçin Əfəndiyev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Akif Əli Zadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Mehriban Əliyeva – Heydər Əliyev Fondunun prezidenti

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Kamal Abdullayev – Azərbaycan Respublikasının millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri

Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Xoşbəxt Yusifzadə – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Ağamusa Axundov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Anar Rzayev – Azərbaycan Yazıçılar Birliyinin sədri

Fərhad Xəlilov – Azərbaycan Rəssamlar İttifaqının sədri

Firəngiz Əlizadə – Azərbaycan Bəstəkarlar İttifaqının sədri

Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Azərpaşa Nemətov – Azərbaycan Teatr Xadimləri İttifaqının sədri

Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqının sədri

Tahir Salahov – Xalq Rəssamı

Arif Məlikov –Xalq Artisti

Ömər Eldarov – Xalq Rəssamı

Eldar Quliyev – Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti

2. “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 noyabr tarixli 651 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2007, №11, maddə 1099; 2014, №9, maddə 1027) ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar