Prezident Çanaqqalada
24.04.2015 694 0.0 0
 

Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə təntənəli mərasim
başlayıb.

Qazeta.info bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir. İştirakçı ölkələrin dövlət bayraqlarının dalğalandığı 

“Şəhidlər” abidəsi meydanında fəxri qarovul dəstəsi düzülüb. 

Abidənin önünə əklillər qoyuldu. Çanaqqala şəhidlərinin və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Türkiyənin dövlət himni səsləndirildi. 

Şəhidlərin ruhuna Qurani-Kərimdən ayələr oxundu, dualar edildi. 

Sonra Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Çarlz və Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan çıxış etdilər. 

Mərasimdə 21 ölkənin dövlət başçısı, eləcə də 70-dən çox ölkədən yüksək vəzifəli şəxslər iştirak edirlər. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar