Prezident bu şəxslərin təqaüdlərini artırdı - SƏRƏNCAM
19.02.2018 1269 0.0 0

Azərbaycan Respublikasının Prezidenti Şəhid ailəsi üçün,1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə və müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında 3 sərəncam imzalayıb.

 

Qazeta.info xəbər verir ki, ölkə başçısının sərəncamları ilə  şəhid ailəsi üçün,1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə və müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılması öz əksini tapıb.

 

Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə normativ hüquqi aktlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncamlara uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb.

 

Sərəncamlarda, Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncamlara uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi göstərilib.

 

Bundan başqa, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncamlara uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsi öz əksini tapıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar