Prezident: `Bir qarış torpaq da boş qalmamalıdır`
13.11.2016 928 0.0 0

“Bu gün deyə bilərəm ki, bütün ölkələr ərzaq təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqlar yaşayırlar. Çünki dünyada əhali artdıqca tələbat da artır, torpaq sahəsi isə artmır. Əlbəttə ki, bu artan tələbatı ödəmək üçün çox ciddi addımlar atılmalıdır. Bizim o qədər də böyük torpaq sahəmiz yoxdur. Ona görə biz hər qarış torpaqdan səmərəli istifadə etməliyik. Bir qarış torpaq da boş qalmamalıdır”.
 
Bildirək ki, bunu noyabrın 12-də Beyləqan rayon ictimaiyyətinin nümayəndələri və “Qarabağ Taxıl” MMC-nin işçiləri ilə görüşündə prezident İlham Əliyev deyib.
 
Dövlət başçısı  məhsuldarlığın artırılmasının vacib olduğunu da vurğulayıb: “Bəs məhsuldarlıq nədən asılıdır? Düzgün aqrotexniki tədbirlər görülməlidir. Texnika, - sizdə ən müasir, qabaqcıl firmaların texnikası vardır, - gübrələr verilir və iş düzgün təşkil edilməlidir. Dövlət öz tərəfindən nə lazımdırsa onu edir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Dövlət tərəfindən fermerlərə subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər ayrılır, infrastruktur yaradılır”.
 
“Bu gün kənd təsərrüfatının inkişafı bizim üçün prioritet sahədir. Biz mövcud torpaq fondundan səmərəli şəkildə istifadə etməliyik. Biz yeni əkin sahələrini dövriyyəyə cəlb edirik və bu istiqamətdə işlər sürətlə gedir. Həm öz tələbatımızı ödəyəcəyik, həm də böyük ixrac potensialımız yaranacaq.
 
... Hər bir dövlət, o cümlədən Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin etməlidir. Biz artıq bu məqsədə çox yaxınlaşmışıq”, - deyə prezident İlham Əliyev qeyd edib. /apa/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar