Prezident 8 milyon manatı pul ayırdı
06.07.2015 857 0.0 0
 

Qazeta.info bildirir ki, ölkə başçısının imzaladığı sərəncamda deyilir ki,  Altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,0 (səkkiz) milyon manatı Quba Rayon İcra Hakimiyyətinə ayrılsın."

Əlavə olaraq bildirək ki, sərəncamda  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edilməsi,  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll edilməsi tapşırılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar