Prezident 3 rayona icra başçısı təyin etdi- SƏRƏNCAM
18.02.2022 286 0.0 0

Azərbaycan Respublikasının Prezidenti Kürdəmir, Nizami və Nərimanov Rayon İcra Hakimiyyətinin başçılarının təyin edilməsi haqqında 3 sərəncam imzalayıb.

Qazeta.info xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin növbəti sərəncamları ilə Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon, Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin ediliblər.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar