Portuqaliya kuboku: Renat Dadaşov komandasını yarımfinala çıxarıb
13.01.2022 354 0.0 0

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun icarə əsasında çıxış etdiyi "Tondela" Portuqaliya Kubokunda yarımfinala vəsiqə qazanıb.

Məlumata görə, Tondela şəhərinin eyniadlı təmsilçisi 1/4 finalda "Riu Ave"ni minimal hesabla üstələyərək bu uğura nail olub.

Qarşılaşmada yeganə qolu məhz Dadaşov vurub. Əsas vaxtı qolsuz başa çatan görüşün 95-ci dəqiqəsində meydana çıxan 23 yaşlı hücumçu cəmi 1 dəqiqə sonra fərqlənərək, komandasını növbəti mərhələyə çıxarıb.

"Tondela"nın yarımfinaldakı rəqibi "Portimonensi" - "Mafra" cütünün qalibi olacaq.

Qeyd edək ki, Renat Dadaşov müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsusdur./Report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar