Poroşenkoya 8 mart hədiyyəsi verildi (VİDEO)
08.03.2015 666 0.0 0

Ukrayna prezidenti Petro Poroşenko 8 mart hədiyyəsi alıb.

Məlumata görə, bu fərqlənən qadınların prezident tərəfindən mükafatla təltif olunması mərasimində baş verib.

Petro Poroşenko 8 mart ərəfəsində könüllü tibb işçiləri, xilasedicilər, hüquq müdafiə orqanları işçilərini mükafatla təltif edib və ölkələrini ön cəbhədə qoruyan əsgərlərin ana və yoldaşlarına təşəkkür bildirib.

Lakin qəhrəman qadınlar ölkə başçısını da hədiyyəsiz qoymayıblar. Müharibə könüllüsü Yuliya Votçer Anti terror əməliyyatları bölgəsindən olan mərminin qəlpəsini prezidentə verib.

Poroşenko bu çətin günlərin unudulmaması niyyəti ilə mərminin hər zaman prezident otağında duracağına söz verərək bir daha iştrakçılara vətən qarşısında etdiklərinə görə minnətdarlığını bildirib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar