Poroşenkodan Putinə xahiş məktubu
04.03.2015 879 0.0 0

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinə məktub göndərib.

Məlumata görə, Poroşenko həmkarından Ukrayna pilotu Nadejda Savçenkonun dərhal azad olunmasını xahiş edib.

"Mən prezident Putinə məktubla müraciət edərək Nadejda Savçenkonu dərhal azad etməyi, həmçinin tibbi ekspertiza üzrə məsələni qaldırmağı və bu fövqəladə həssas, ağrılı problemi həll etməyə kömək etməyi xahiş etdim", - deyə Kiyevdə İtaliyanın baş naziri Matteo Rensiylə danışıqlardan sonra Poroşenko bildirib.

Savçenko ötən ilin iyulunda Donbasda gedən döyüşlər zamanı separatçılar tərəfindən əsir götürülərək Rusiyaya verilib. O, Donbassda həlak olan 2 Rusiya jurnalistinin ölümündə ittiham olunur.

Dekabrın 12-dən öz həbsinə qarşı etirazı ifadə etmək üçün Savçenko aclığa başlayıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar