Pompeo Türkiyəni dialoqa qayıtmağa çağırıb
17.10.2019 451 0.0 0

ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında oktyabrın 15-i telefon danışığı olub.

"TASS"a istinadən verilən məlumata görə, bu barədə M.Pompeo öz "Twitter" səhifəsində yazıb.

M.Pompeo bildirib: "Ötən gün Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə danışmışam, Türkiyəni hərbi əməliyyatı dayandırmağa və Suriyanın şimal-şərqində təhlükəsizlik məsələləri üzrə ABŞ-la dialoqa qayıtmağa çağırdım".

Qeyd edək ki, bu telefon danışığı ABŞ-ın Türkiyənin Milli Müdafiə və Energetika və Təbii Sərvətlər Nazirliklərini və bu nazirliklərin rəhbərləri Hulusi Akar və Fatih Dönməz, həmçinin daxili işlər naziri Süleyman Soylunu sanksiyalar siyahısına əlavə etdikdən sonra yaradılan ilk əlaqə olub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar