Polşa və Bolqarıstan yarımfinala vəsiqə qazandı
24.06.2015 727 0.0 0
Slovakiya və Türkiyə komandaları gözlənilməz məğlubiyyətlə rastlaşdı

Bakı 2015 ilk Avropa Oyunları çərçivəsində kişilər arasında bugün baş tutmuş voleybol oyunları üzrə A Qrupunda yer almiş Polşa Slovakiya ilə qarşı-qarşıya gəlib. Davam edən mübarizədə polşalı voleybolçular rəqiblərini 25-16, 25-23, 25-19 xal hesabı ilə məğlub edib.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Polşa komandası bu vaxta qədərki oyunlarının demək olar ki, altısını udub və böyük inamla Türkiyə ilə keçiriləcək yarımfinal oyunlarına tələsir.

Qalib gəlmiş polşalılardan ibarət voleybol yığmasının üzvü Deyvid Konarski, özlərini çox yaxşı hiss etdiklərini deyib və bu uğurlarının davam edəcəyini vurğulayıb:

Özümüzə əminik və indi finala çıxmağımıza imkan yaranıb. Bizdə yüksək komanda ruhu var və özümüzü birlikdə həm fiziki, həm də əqli cəhətdən yaxşı hiss edirik. Ümidvaram ki, bu həmişə belə də olacaq.-Deyvid Konarski

O, həmçinin əlavə edib ki, növbəti oyunda kiminlə qarşılaşacaqları o qədər də əhəmiyyətli kəsb etmir. Hər bir halda onlar öz güclərini nümayiş etdirməlidirlər. 

Yarımfinal mərhələsinə çıxmaq üçün şansını itirən slovakiya yığmasının üzvü olan Marsel Luks, nəticədən məyus olduqlarını bildirib. O, həmçinin əlavə edib ki, uduzmaqlarına səbəb ötürmə və hücumda zəif çıxış etməkləri olub.

Bugün baş tutmuş kişilər arasında voleybol yarışlarının ikinci yarımfinalında Bolqarıstan ilə Türkiyə yığması da qarşılaşıb. Gərgin keçən oyunda bütün qüvvələrini ortaya qoymuş Türkiyə 3-1 hesabı ilə rəqib komandaya məğlub olub.

Belə ki, türkiyəli voleybolçular ilk seti 26-24 xal hesabı ilə bitirsələr də, Bolqarıstan növbəti 3 setdə üstünlüyü ələ ala bilib və oyunları 25-19, 25-17, 25-20 xal hesabı ilə tamamlayaraq, yarımfinaldakı yerini möhkəmləndirib.

Komandasına 20 xal qazandıran bolqarıstanlı kapitan Todor Aleksiyev qazandıqları uğur barədə belə deyib:

Nəhayət ki, hər şey yoluna düşdü və son 3 setdə komandamız daha yaxşı oyun göstərdi. Özümüzə olan inamımız artır və hər oyunda daha yaxşı nəticə göstəririk. Polşa ilə qarşılaşma çətin olacaq. Daha yaxşı hazırlaşmalıyıq, çünki finala çıxmaq istəyirik.-Todor Aleksiyev

Qeyd edək ki, sözügedən bu iki komanda 26 iyun Bakı Kristal Zal 1-də baş tutacaq qızıl medal uğrunda görüşdə üz-üzə gələcəklər.

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar