Polislə sürücülər arasında- Video
22.07.2015 949 0.0 0

 Qazeta.info bildirir ki, Ağdaşda yol polisi əməkdaşları axşam saatlarında Region TV-nin əməkdaşlarının iştirakı ilə sürücülərə qarşı reyd keçirib.

Saxlanan sürücülərin sənədləri yoxlanılıb. Məlum olub ki, bəziləri sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə edirlər.

Qaranlıq havadan istifadə edən bəzi şəxslər özlərini saxlanan avtomobillərin sürücüsü olduğunu gizlətməyə çalışıblar:

“Sürücü mən deyiləm. Qabaqda telefonla danışır sürücü”.

Reyd zamanı yol polisinin saxlama işərəsinə tabe olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən, sərxoş halda avtonəqliyyat vasitəsini idarə edən, ötmə əməliyyatını düzgün yerinə yetirməyənlərə rast gəlinib.

Namiq Qəmbərov - Ağdaş rayon DYPB-nın rəisi: “Tərəfimizdən bir 50 nəqliyyat vasitəsi saxlanılıb. Bunlarda 2 sürücü sərxoş halda idarə etdiyi üçün 10 nəqliyyat vasitəsi duracağa yerləşdirilib. Sürücülük vəsiqəsi olmadığı üçün 10-12 sürücüyə isə tərəfimzidən qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı apardığı üçün inzibati protokollar tərtib olunub”.

Reydlərin qarşıdakı həftlərin şənbə və bazar günlərində də keçirilməsi planlaşdırılır.

İmişli rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları da sürücülərə qarşı reyd keçiriblər. 

Şəhərin müxtəlif küçələrində postlar qurulub. Reyd zamanı əsasən yol hərəkəti nişanlarının tələblərinə məhəl qoymayan sürücülər saxlanılıb. Bundan başqa kustar üsulla hazırlanmış pərdələrdən istifadə edən həmçinin avtomobilə əlavə avadanlıqlar quraşdıraraq konstruksiya dəyişikliyi edən sürücülər aşkarlanıb. Avtomobili sürücülük hüququ olmadan idarə edən sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılıb. 

Bəzi avtomobillər cərimə meydançasına aparılıb. Qayda pozan sürücülər barəsində inzibati Xətalar Məcəlləsinə uyğun protokollar tərtib edilib. Yollarda təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyan bu kimi reydlərin mütəmadi olaraq keçiriləcəyi bildirilir./qafqazinfo.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar