Polisi aldatmaq istədi, ifşa olundu
04.07.2016 539 0.0 0

Abşeron rayonu Hökməli qəsəbə sakini Təhsin Allahquliyev Daxili işlər nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq ona məxsus fərdi yaşayış evindən 6300 dolar və 2600 manat nağd pulun oğurlandığını bildirib. Dərhal sözü gedən ünvana Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları baxış keçiriblər.

ANS TV-nin məlumatına görə, mənzildən barmaq izləri götürülüb. Özünü zərərçəkən kimi qələmə verən Təhsin israrla polis əməkdaşlarına pulunun oğurlandığını bildirib. Ancaq əməliyyatçılar vətəndaşı dəfələrlə dindirmələrinə baxmayaraq sözü gedən oğurluqda qaranlıq bir məqamın olduğunu üzə çıxarıblar. Aparılan araşdırmalar nəticəsində Təhsin Allaquliyevin polisi bilərəkdən aldatması məlum olub..


Müəyyən edilib ki, qaranlıq məqam əslində Təhsinin yaşadığı Hökməli qəsəbəsindəki evin alqı-satqısından qaynaqlanır. O, evi tanımadığı bir şəxsdən aldığını deyir və buna görə müəyyən məbləğdə pul da ödəyib. Sən demə, evin əvvəlki sahibi Lətifə adlı xanım bu alqı-satqıdan narazı imiş və öz oğluna evi satmaqda mane ola bilməyincə, dəfələrlə Təhsinə onu almasında mane olmağa çalışıb.


Təhsin Allahquliyev ifadəsində bildirir ki, işdən evə dönərkən Lətifə adlı xanımın qapını sındıraraq içəri daxil olduğunu görüb. Ancaq onun həqiqətdə hələ də evin sahibi olduğunu və yeni sakinlərdən bu evi tərk etmək tələbi ilə həmin ünvana gəldiyini gizlətməklə, yalan məlumat verib və o qadının xeyli miqdarda pul oğurladığına polisi inandırmaq istəyib. Halbuki evdə oğurluq törədilməyib. Elə evin alqı-satqısı da sənəd üzərində deyil, şifahi razılaşma əsasında aparılıb.

Tutduğu əməlindən peşman olduğunu desə də, Təhsin Allahquliyevin  bu peşmançılığı fayda verməz. Artıq Abşeron rayon polis idarəsində onun barəsində cinayət məcəlləsinin 296-cı, yəni polisə bilərəkdən qəsdən yalan məlumat vermək maddəsi ilə cinayət işi başlanılıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar