Polis saxta dövlət qeydiyyat nömrə nişanı ilə idarə olunan avtomobil aşkarlayıb
15.07.2015 605 0.0 0

DİN Növbətçi Hissələri İdarə Xidmətinin Təhlükəsizlik Şəhər Xidməti, DİN Çevik Polis Alayı və Yasamal RPİ  29-cu PB əməkdaşlarının apardıqları birgə tədbirlər nəticəsində iyulun 13-ü saat 22 radələrində  R.Feyzullayevə məxsus “Toyota” markalı avtomobildən oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan “KİA Cerato” markalı avtomobil Yasamal rayonunda  aşkar edilmişdir.

Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Qeyd edilən avtomobilin Bakı şəhər sakini Ədalət Əsgərova məxsus olması  müəyyən edilmişdir. Avtomobilin yük yerinə baxış zamanı bir ədəd tranzit və başqa avtomobilə aid dövlət qeydiyyat nişanları da aşkar edilmişdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar