Polis onu axtarır
25.01.2022 360 0.0 0

İtkin düşən Tərtər rayon sakini axtarılır.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Tərtər rayon sakini Əlizamin Tağızadə yanvar ayının 9-da evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun itkin düşməsi ilə bağlı yanvar ayının 22-də RPŞ-yə müraciət olunub. Ə.Tağızadənin əlamətləri belədir: qısaboylu, gözlərinin rəngi şabalıdı, fiziki və nitqi qüsurludur. Əynində qara şalvar, ağ köynək, qara qış gödəkçəsi, qara ayaqqabı olub.

Məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tərtər Rayon Polis Şöbəsinin 022-23-6-30-34 və 055-722-22-42 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar