Polis mətbuata təzyiqə başladı- Yenilənib
12.10.2019 757 0.0 0

Məlum olduğu kimi, bu gün özünü Abşeron rayon Mehdiabad polis bölməsinin əməkdaşı kimi qələmə verən şəxs Qazeta.info saytının rəhbəri Heydər Çobanzadəyə zəng edərək, onu polisə dəvət etmişdir.

Məsələ ilə əlaqədar bildirək ki, həmin şəxs növbəti dəfə H. Çobanzadəyə mobil telefon vasitəsilə zəng edərək, Mehdiabad qəsəbəsində baş vermiş soyğunçuluq hadisəsi zamanı guya ki, hadisə törədilən zaman, qeyd edilən ərazidə kameraya düşdüyünü və ərazidə hansısa şübhəli məqamla rastlaşma ehtimalını nəzərə alaraq, şahid qismində polisə dəvət olunduğunu bildirib. 

Polis əməkdaşı baş vermiş cinayət hadisəsinin tərkibi haqda suala cavab olaraq bildirib ki, guya bu ayın 10 -da səhər saat 11 radələrində Mehdiabad qəsəbəsində 2 maskalı şəxs, bir evə daxil olaraq, evdə olan qadını bıçaq ilə hədələyib və ondan pul tələb ediblər.

Danışıq zamanı, H. Çobanzadə sözügedən qadının kimliyini və ev ünvanını dəqiqləşdirmək və qeyd edilən cinayət hadisəsi barədə mətbuatda əlavə xəbər yaymaq istədiyini bildirsə də, polis soyğuna məruz qalan qadının kimliyi və ev ünvanını verməyib.

Daha sonra polis, hər kəsin və nə zamansa H. Çobanzadənin özünün də belə bir hadisədən sığortalanmadığını qeyd edərək, vətəndaşın hansısa cinayət hadisəsini gördüyü halda, polisə kömək etməkdə borclu olduğunu bildirib.

 

*****

Azərbaycan polisi , mitinq zamanı polis tərəfindən jurnalist Fərid İsmayılova qəsdən xəsarət yetirilməsinin lentə alınmasının qisasını almağa çalışır.

Bu gün saat 10-58 -də 070 276 2727 nömrəli mobil telefonla Qazeta.info saytının rəhbəri Heydər Çobanzadəyə zəng olunaraq polis bölməsinə dəvət olunub. 

Özünü Mehtiabad polisinin nümayəndəsi kimi təqdim edən şəxs, H. Çobanzadənin Anar müəllimin (jurnalist Anar Nəcəfli) evinin yaxınlığında baş vermiş qurdurluq hadisəsi olan ərazidə kameraya düşdüyünü bildirib.

Mövzuya qayıdacağıq.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar