Plyonkaya görə cərimə yazılmayacaq - Rəsmi
15.11.2019 586 0.0 0

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov Nəqliyyat vasitələrinin arxa və yan şüşələrində plyonka və ya jalüzlərdən istifadə edilməsinə görə cərimə yazılmaması ilə bağlı tapşırıq verib.

Qazeta.info xəbər verir ki, bununla bağlı R. Zeynalovun paytaxt və rayon DYP şöbə, bölmə rəislərinə, DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandirlərinə rəsmi şəkildə tapşırıq verib.

Sənəddə qeyd edilir ki, nəqliyyat vasitələrinin arxa və arxa yan şüşələrində plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülər barəsində inzibati tənbeh tədbiri görülməsin.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar