PKK-dan xain hücum: 2 polis öldü
29.09.2015 455 0.0 0

Türkiyənin Adana vilayətində 2 polisin ölümü ilə nəticələnən terror aktı törədilib. Məlumata görə, hadisə Seyhan rayonunun Dağlıoğlu məhəlləsində baş verib. Dağlıoğlu polis bölməsinin əməkdaşları xidməti avtomobillə Adana “Güney” xəstəxanasının həyətindən çıxarkən PKK terrorçularının silahlı hücumuna məruz qalıblar. Ağır yaralanan 2 polis xəstəxanaya çatdırılsa da onların həyatını xilas etmək mümkün olmayıb. Hücum zamanı avtomobili sürən polis isə hadisəni xəsarətsiz ötüşdürüb. 

 


Hadisə yerinə dərhal çox sayda polis və hüquq-mühafizə orqanının əməkdaşı cəlb olunub. Adana polis idarəsinin rəisi CengizZeybek də hadisə yerində olub hücumun törədildiyi yerə baxış keçirib. 

Faktla bağlı istintaq başladılıb və hücumu törədən terrorçuların ələ keçirilməsi istiqamətində əməliyyatlar davam edir. 

Bir neçə gün əvvəl Türkiyə xüsusi xidmət orqanlarının təslim olan terrorçuların ifadələri əsasında hazırlanmış hesabat yayılmışdı. Bu hesabatsayəsində separatçı PKK terrorçularının bir çox gizlinləriaşkara çıxmışdı./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar