Piyləri yandıran ədviyyat
19.08.2016 882 0.0 0

Hil tək ədviyyat deyil eyni zamanda əsl təbii dərmandır. Hil ürək-damar, sinir, mədə-bağırsaq sisteminə çox müsbət təsir edir, orqanizmə antiseptik və iltihabəleyhinə təsir edir, orqanizmi ziyanlı maddələrdən təmizləyir.

Bildirək ki, bundan əlavə hil orqanizmdə gedən mübadilə proseslərini sürətləndirmək xüsusiyyətinə malikdir. Bu səbəbdən hil arıqlamağa və bədən çəkisini normada saxlamağa kömək edir. Hilin bu xüsusiyyətindən faydalanmaq üçün hili əzib çaya, qəhvəyə, istənilən ət, balıq xörəklərinə əlavə etmək olar.

Hilin dəmlənməsi də çox effektli vasitədir. 3-4 hil qəhvəüyüdəndə üyüdülür, 1/2 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir. Dəmləməyə 1 dilim limon əlavə etmək olar. Bu arıqladan dəmləməni pəhriz zamanı istifadə edə bilərsiniz./milli.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar