Piyadanı vuran `AA` seriyalı maşının sahibi bəlli oldu
17.10.2017 2076 0.0 0

Bu gün Bakıda yolu keçən piyadanı vuran "Jeep" markalı, 90 AA 707 dövlət nömrə nişanlı avtomobilin sahibi məlum olub.

Qazeta.info Qafqazinfo.az-ın əldə etdiyi məlumata əsasən bildirir ki, "AA 707" seriyası Qaraşovlar ailəsinə məxsusdur. 

Söhbət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun özünün və ailə üzvlərinin avtomobillərindən gedir. Konkret qəzanı törədən nömrə A. Qaraşovun oğlu Fərhad Qaraşova məxsus olub. Hazırda bu nömrə rəsmi olaraq Mars-FK LTD şirkətinin adınadır. Şirkətin sahibi isə Fərhad Qaraşovdur. 

Qəza zamanı sükan arxasında olan sürücünün kimliyi isə hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, Qaraşovun oğlu bir müddət əvvəl "Kapital Bank"ın Nəsimi filialının rəhbəri vəzifəsindən azad olunub, hətta onun ardınca filialın bütün əməkdaşları işdən çıxarılmışdı.

Keçmiş məmurun oğlu hazırda öz şəxsi bizneslərini idarə edir. Yeni fəaliyyət növü kimi nar satışı ilə də məşğul olurlar.

Adı dəfələrlə mətbuatda hallanan F.Qaraşov avtomobil həvəskarı kimi tanınır. Onun avtomobil kolleksiyasında xeyli bahalı maşınlar, o cümlədən "Bentley"  "Rolls-Royce" və digər markalar yer tutur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar