Pivə zavodunda yanğın - Video
04.03.2022 257 0.0 0

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qax şəhərində yerləşən pivə zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Qazeta.info FHN in məlumatın əsasən bildirir ki, dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidməti Qax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, yanğın pivə zavodunun ərazisində yerləşən qazanxanada baş verib.

Yanğınsöndürənlər tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində sahəsi təqribən 360 kv.m olan tikilidə qazanxana 40 kv.m sahədə yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar