Pişik quduzlaşdı, qəsəbədə karantin elan edildi
09.03.2018 1139 0.0 0

Türkiyənin Aydın vilayətinin Nazilli qəsəbəsindəki məhəllələrin birində quduz olduğu ehtimal edilən pişik iki qadını dişlədikdən sonra digər ev heyvanlarına hücum edib.

Türkiyə KİV-lərinə istinadən verilən məlumata əsasən, pişiyin hücumuna məruz qalan qadınlar çətinliklə də olsa, canlarını qurtara biliblər.

Sakinlərin şikayəti əsasında məhəllədə altı aylıq karantin elan edilib.

Hazırda digər heyvanlar arasında quduzluğun olub-olmaması araşdırılır./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar