Petrouniyas Bakıda tamam fərqli növ üzrə yarışacaq
12.06.2015 586 0.0 0
Rioya bilet qazanmaq üçün yunan gimnastı ilk üçlüyə düşməlidir

Açılış Mərasimində yunan bayrağını daşıyan Elefterios Petrouniyas halqa üzrə usta idmançıdır. Buna baxmayaraq, o, Bakı 2015-də çoxnövçülük üzrə yarışlarda iştirak edəcək.

Qazeta.info-nun məlumatına görə, idmançı Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatından qayıtdıqdan sonra məşqlərə yalnız 20 gün vaxt sərf edib. Bakıda keçirilən çoxnövçülük yarışları onun ilk təcrübəsidir.

 
 

 

Halqa mənim həyatımdı. Mən özümü Monpelyedən daha yaxşı göstərmək istəyirəm. Mən sönən ulduz olmaq istəmirəm. Hər kəs mənim burada medal qazanmağımı gözləyir. Hər kəs "get və qızıl medal gətir" deyir.-Elefterios Petrouniyas

Petrouniyas indiyədək başqa hərəkətlərdə - sərbəst üsul və gimnastika atında çıxış edib. "Amma çoxnövçülük üzrə uzun illərdir ki, yarışmıram. Bu qəribə və həyacanvericidir" - deyə idmançı bildirib.

Qlazqoda 2015-ci ilin dünya çempionatı üzrə hazırlaşmaq üçün Petrouniyas Bakıda çoxnövçülük üzrə təcrübəsindən istifadə edəcək. Burada o, Rio 2016 Olimpiya Oyunlarına bilet qazanmağa ümid edir. Bunun üçünsə idmançı yarışı ilk üçlükdə bitirməlidir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar