Peskov Putinin İrəvan səfərindən danışdı
20.04.2015 682 0.0 0

Vladimir Putinin "erməni soyqırımı"nın 100 illiyi ilə əlaqədar İrəvana səfər etməsi Türkiyə və Rusiya əlaqələrinə təsir etməyəcək.

Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putinin səfəri "Türk axını" layihəsinin tikintisinə, eləcə də Moskva və Ankara arasında münasibətlərin indiki səviyyəsinə mənfi təsir göstərməyəcək: "Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın çox güclü bazası var. Bu sıx əməkdaşlıq fonunda həmçinin Rusiya ilə Türkiyənin dünyanın bir çox problemləri üzrə mövqeləri üst-üstə düşür".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar