Peskov: `Ulyukayevə qarşı ciddi ittiham irəli sürülüb`
15.11.2016 708 0.0 0

Aleksey Ulyukayevə qarşı çox ciddi ittiham irəli sürülüb

 

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

 

“İndi gecədir. Prezidentin bu barədə məlumatlandırılmasından bixəbərəm. Hər halda Ulyukayevə qarşı ciddi ittiham irəli sürülüb. Yekun qərar isə, təbii ki, məhkəmə tərəfindən verilə bilər”, deyə Peskov qeyd edib.

 

Xatırladaq ki, Rusiya İstintaq Komitəsi ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı rüşvət ittihamı ilə cinayət işi açıb. Nazir artıq saxlanılıb, ona qarşı həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar