Paytaxtın daha iki küçəsi təmir olunur ( VİDEO )
02.06.2015 667 0.0 0

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC paytaxtın küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə təmir-tikinti işlərini davam etdirir.  Bu çərçivədə Binəqədi rayonu Biləcəri qəsəbəsinin daha iki küçəsi, Rəşid İsmayılov və Xurşidbanu Natəvan küçələri yenidən qurulur.

Qazeta.info  “Azəryolservis” ASC-yə istinadla bildirir ki, küçələrin ümumi uzunluğu 670 metr, eni isə ortalama 13,5 metrdir. Burda ümumilikdə 9500 kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Artıq Xurşidbanu Natəvan küçəsində, təqribən 4600 kvadrat metr sahədə bu işlər yekunlaşıb. Rəşid İsmayılov küçəsində isə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə yenicə başlanılıb. İki gün ərzində burda da işlərin yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra isə hər iki küçə tam olaraq yeni görkəmdə sürücülərin ixtiyarına veriləcək.

         Artıq hər iki küçədə zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Sözügedən ərazidə təqribən 1350 paqon-metr yeni səki daşı düzülüb, səkilərdə abadlıq işləri həyata keçirilir. Bəzi ərazilərdə səkilərə tamet daşları düzülüb və bu işlər davam etdirilir, bəzi yerlərdə isə səkilər asfaltlanır.

İşlər tərtib olunmuş qrafikə uyğun olaraq həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücülərdən həyata keçirilən işlərə anlayışla yanaşmalarını xahiş edir.

    Qeyd edək ki, bundan öncə qəsəbənin ümumi uzunluğu təqribən 4 kilometr olan 4 küçəsində anoloji təmir-tikinti işləri həyata keçirilib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar