Paytaxtda dava zamanı güləşçi bıçaqlanıb
07.12.2017 655 0.0 0

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, 1992-ci il təvəllüdlü Rüstəmov Musa Bəhlul oğlu günorta saatlarında tanışı ilə mübahisə zamanı bıçaqlanıb.

Yaralı "Mercedes" markalı minik avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsində araşdırma aparılır.

M.Rüstəmov Gömrükçü İdman Cəmiyyətinin üzvüdür. O, Cəmiyyətin güləş yığmasında (66 kq) çıxış edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar