Paytaxt poliklinikalarında «Açıq qapı aylığı keçirilir»
16.09.2015 523 0.0 0

Bu gündən etibarən oktyabr ayının 15-nə kimi paytaxt poliklinikalarında “Açıq qapı aylığı” keçiriləcəkdir. Aylıq hər il olduğu kimi bu il də 1 oktyabr “Beynəlxalq ahıllar günü” ərəfəsində heriatriya sahəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə hazırlanmış tədbirlər planı çərçivəsində həyata keçiriləcək. Tədbirlər planı çərçivəsində Bilgəh qəsəbəsində yerləşən qocalar evinin sakinlərinə, Respublika Veteranlar Şurasının üzvlərinə, Ombudsman aparatı “Ahıllar üçün resurs mərkəzi”nin üzvlərinə həkim-heriatr briqadası tərəfindən ixtisaslaşmış tibbi yardım göstəriləcək və ehtiyac olduğu halda onlar dispanser qeydiyyatına götürüləcəkdir.
 
Qazeta.info Səhiyyə Nazirliyinin məlumatına əsasən bildirir ki, Aylıq çərçivəsində “Sağlamlıq sahəsi”-nə şəhər poliklinikalarından göndərişlə müraciət etmiş xroniki ürək-damar sistemi, tənəffüs sistemi, mədə-bağırsaq, ginekoloji, endokrinoloji, nevroloji, uşaq xəstəlikləri, lor, stomatoloji və s. xəstəliklərlər əvvəlcə müayinə olunacaq, müayinədən sonra xəstələr müalicə kursu təyin olunacaq. Müayinə kursu əsasən sağlamlaşdırıcı və reabilitasiya metodlarıdır ki, bura müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iynərefleksoterapiya, massaj, psixoterapiya, musiqi terapiyası, müalicəvi qidalanma və.s müalicə üsullarından ibarətdir.
 
Aylıq ərəfəsində paralel olaraq şəhər poliklinikalarında terapevt-herontoloqlar cəlb olunmaqla Milli Elmlər Akademiyasının Fiziolojiya İnstitutunun Uzunömürlülər laboratoriyası ilə birgə herontologiyanın aktual problemlərinə dair seminar keçiriləcəkdir.
 
Hər il olduğu kimi bu il də Ş.M.Həsənov adına “Sağlamlaşdırma və reabilitasiya” poliklinikasında “Beynəlxalq ahıllar günü” ahıl kontingent ilə bərabər qeyd olunacaqdır. Aylıq çərçivəsində sağlamlaşdırma və reabilitisiya metodlarından daha çox istifadə olunan Ş.M.Həsənov adına “Sağlamlaşdırma və reabilitasiya” poliklinikasında ahıllar müayinə olunaraq dispanser qeydiyyatına götürüləcək və onlara müvafiq müalicə kursu təyin olunacaqdır. Qeyd etmək lazımdır ki, Ş.M.Həsənov adına “Sağlamlaşdırma və reabilitasiya” poliklinikası 1961-ci ildən, herontoloji şöbə isə 1976-cı ildən fəaliyyət göstərirlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar