Parlamentdə 38 Məmməd var
04.11.2015 535 0.0 0

Türkiyədə keçirilən parlament seçkisindən sonra Türkiyə Böyük Millət Məclisinin (TBMM) tərkibinə dair maraqlı rəqəmlər açıqlanıb.  Türkiyənin “Habertürk” qəzetinə istinadən verilən məlumata görə, TBMM-də kişilərdə ən çox Mehmet (Məmməd), qadınlarda isə ən çox Ayşə adına təsadüf olunur.

Türkiyə Böyük Millət Məclisinin tərkibi 550 millət vəkilindən ibarətdir. Son parlament seçkisindən sonra qeyri-rəsmi rəqəmlərə görə TBMM-də 467 kişi, 83 qadın millət vəkili var. Kişilər arasında ad cəhətdən üstünlük Mehmetlər arasındadır. Belə ki, Türkiyə parlamentində 38 Mehmet var. Bundan sonra Mustafa adı gəlir. TBMM-də müxtəlif partiyalardan olan 23 Mustafa var. Həmçinin qardaş ölkənin parlamentində 22 Əli var. Ölkənin baş naziri Əhməd Davudoğlunun isə Millət Məclisində 20 adaşı, yəni ümumilikdə 21 Əhməd var. 

 

Türkiyə Böyük Millət Məclisi (TBMM)

 

Bundan başqa Türkiyə parlamentində qadınlar arasında 8 Ayşə, 5 Fatma var. 

İyunun 7-də keçirilən bundan əvvəlki seçkidə TBMM-də kişilər arasında 38 Mehmet, 25 Mustafa, 21 Əli və 17 Əhməd, həmçinin qadınlar arasında 7 Ayşə və 5 Fatma vardı. 

Noyabrın 1-də Türkiyədə növbədən kənar parlament seçkisi keçirilib. Qeyri-rəsmi nəticələrə görə, bu seçkinin qalibi 49.6% səs çoxluğu ilə AKP olub. AKP-nin xaricində daha 3 partiya da öz seçicisini Türkiyə Böyük Millət Məclisində təmsil edəcək. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar