Parisdə etiraz aksiyası zamanı 90 nəfər saxlanılıb
06.12.2019 121 0.0 0

Fransanın paytaxtı Parisdə etiraz aksiyası zamanı 90 nəfər saxlanılıb.

"RİA novosti"yə istinadən verilən xəbərə görə, bu barədə prefektura polisindən məlumat veriblər.

Xatırladaq ki, təxminən saat 17:00-da Parisdə etiraz aksiyası başlayıb. Şəhərdə 6 minə yaxın polis səfərbər edilib.

Bildirilir ki, etirazçılar və polislər arasında toqquşmalar baş verib. Polislər etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

"BFMTV" telekanalının məlumatına əsasən, Nant və Bordo şəhərindəki aksiyalar da polislərlə toqquşmalar və hüquq-mühafizə orqanlarının etirazçılara qarşı gözyaşardıcı qazdan istifadəs ilə müşahidə olunur./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar