Paltarların təmiz yuyulması üçün möhtəşəm üsul
10.11.2016 956 0.0 0

O paltaryuyan maşına folqadan hazırlanan kürəcikləri atdı,möhtəşəm. İndi mən də belə edirəm!

İstehsalçılar hər il yeni model paltaryuyan maşınları buraxırlar, amma yuyulma bəzən lotereyaya bənzəyir. Hərdən bu paltara ləkə qalır, təravəti qorunmur və yumşaq olmur..
Sonuncuya daha çox üzülürəm. Geyimlər üçün bahalı kondisionerlər çox vaxt ağ ləkələr salır. Həm də geyimlər elektrikləşir. Amma çıxış yolu var!

Çıxış yolu folqadan hazırlanan alminium kürəciklərdir.

Yəqin bilirsiniz ki, alüminium statik elektrik enerjisini azaldır və deməli, yuyucu vasitələrin fəaliyyətini də gücləndirir. Folqadan yumru kürəciklər hazırlayın və paltarları maşına atanda bu kürəcikləri də atın.
Eyni kürəciyi yarım ilədək istifadə etmək olar.
Yaxşı olar ki, bir dəfə də olsa yoxlayın və hökmən gözəl nəticə əldə edəcəksiniz, əlavə bahalı yuyucu vasitələrə ehtiyac qalmayacaq./Qadin.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar