
Haybər-Pakthunkva Əyalət İnformasiya naziri Müştak Gani cümə namazı əsnasında həyata keçirilən terror hücumunda ölənlərin sayının 19-a çatdığını açıqlayıb.
Həyatabad Xəstəxanasının rəhbərliyi də bu ana qədər 50 yaralının müalicə altına aldıqlarını, ölənlərin sayının artacağından narahatlıq keçirdiklərini bildirib.
Xatırladaq ki, baş vermiş terror aktı ilə əlaqədar hadisə şahidləri, təcavüzkarların Şiə camaatının olduğu məscidə polis formasında girdiyini, sonra məscid nöbətçilərinin üştünə əl bombaları ataraq içəridəkilər üzərinə atəş açdıqlarını, aralarındakı bir canlı bombanın da üzərindəkiləri partlatdığını bildiriblər.
Məscidin içindəki təcavüzkarlar ilə hadisədən dərhal sonra bölgəyə çatan təhlükəsizlik gücləri arasındakı qarşıdurma davam edir. Hadisə ilə əlaqədar Baş nazir Navaz Şərif, hücumu mətbuata açıqlama verərək hücumu qınayaıb.