Pakistanda partlayışların ardı-arası kəsilmir, ölənlər var
30.01.2015 895 0.0 0
Pakistanın Sind əyalətində məscidin qarşısında törədilən güclü partlayış nəticəsində 61 nəfər ölüb, 55 nəfər yaralanıb.

 

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.

 

Xəsarət alanların əksəriyyətinin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

France Press agentliyinin məlumatına görə, partlayışa görə məsuliyyəti "Taliban" hərəkatı ilə bağlı "Candullah" qruplaşması öz üzərinə götürüb.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar