Pakistan hava məkanını Hindistan üçün bağlayır
28.08.2019 458 0.0 0

Pakistanın baş naziri İmran Xan Hindistan üçün hava məkanının tam olaraq bağlanması məsələsini nəzərdən keçirir.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, bunu ölkənin elm və texnologiyalar üzrə federal naziri Favad Çoudxuri "Twitter" mikrobloqunda yazıb.

Bundan əlavə, Nazirlər Kabinetinin iclasında Hindistanın Əfqanıstanla ticarəti üçün Pakistanın quru marşrutlarından istifadəsinə tam qadağa qoymaq təklif olunub.

"Bu qərarların hüquqi rəsmiliyi baxılma mərhələsindədir...(Hindistanın baş naziri Narendra - red.) Modi başladı, biz bitirəcəyik!", - deyə Çoudxuri bildirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar